Dolorelax İsidici kəmər

İsti terapiya

Dolorelax İsidici kəmər

İsidici kəmər dərisi həssas olan və ya yapışqan materiallardan istifadə etmək istəməyənlər üçün xüsusilə münasibdir. Həm xroniki və həm də təsadüfi ağrılar üçün münasib olan bu vasitə təxminən 40 ° C temperatur dərəcəsində 8 saatlıq termoterapiya müalicəsinə imkan verir. Bu vasitəyə aşağıda verilənlər daxildir:1 kəmər + 2 doldurucu. 
TƏSVİRİ: Bu vasitə istilik mənbəyidir və düzgün istifadə edildiyi halda əzələ gərginliyinin səbəb olduğu ağrı və narahatlığı yüngülləşdirmək üçün münasibdir. Uzunmüddətli istilik sabit temperatur altında əzələləri boşaltmaqla qan dövranını da artırmaq iqtidarındadır. İstilik daha çox oksigen nəqlinə şərait yaratdığına görə bu vasitə əzələnin öz ilkin vəziyyətinə qayıtmasına imkan verir. Temperatur həm də ağrının ötürülməsini gizlədə bildiyi üçün sinir sisteminin stimullaşdırılmasını gücləndirir. Tibbi vasitə özü isinən kəmər şəklindədir və onun daxilində havada oksigenlə təmasda olduqda 8 saatlıq sabit istilik törədən təbii elementləri ( dəmir, karbon, duz, su) daxil edən qızdırıcılar var. Vasitə bədən quruluşuna mükəmməl şəkildə uyğunlaşır və onun hərəkətinə bahəm hərəkət edir. Bu zolaq qoxusuz, taxılması və çıxarılması asan olan hörülməmiş materialdan hazırlanmışdır. O, paltar və işıq altında gözlə görünmür. 
NƏZƏRDƏ TUTULAN İSTİFADƏSİ:  Bu vasitə əzələ ağrısı, kürək nahiyəsində qıcolmalar, qurşaq ağrısı və menstrual ağrı, həm xroniki və həm də təsadüfi ağrılar üçün münasib olub, ağrı hissi, əzələ profilaktikası və müalicəsi üçün effektlidir. 
İSTİFADƏYƏ DAİR TƏLİMAT:
Zərfi açın ( yalnız istifadədən bilavasitə əvvəl) və qızdırıcını çıxarın. Ən azı 30 saniyə ərzində hamar səth üzərinə qoyun. Qızdırıcıları ağ tərəfi açıq xüsusi ciblikləri olan kəmərin daxilinə yerləşdirin.Kəməri qurşaq ətrafında ağrı hiss etdiyiniz (kürək və ya qarın) nahiyənin bilavasitə dərisinə ( təmiz və quru  bütöv dəri) tətbiq edin. Kəməri Velcro zolağı ilə çox da kip olmamaqla tənzimləyin. Qayış təxminən 30 dəqiqə ərzində maksimal temperatur həddinə çatır ( 40° C) və 8 saatlıq daimi hərarət verir. 8 saatdan sonra qayışı ehmallı çıxarın. Kəməri və 2 qızdırıcını atın. Onları 8 saatdan artıq istifadə etmək olmaz. Birinci kəməri istifadə etdikdən sonra ikinci kəməri istifadə etməzdən əvvəl 24 saat gözləyin.