Dolorelax ani təsirli TNT buz kisəsi

Soyuq terapiya

Dolorelax ani təsirli TNT buz kisəsi

Dolorelax ani təsirli  TNT buz kisəsi  sıyrıntı, travma, gərilmə, ümumi zərbələr, baş ağrıları, diş ağrıları, günvurma və həşarat sancmalarına qarşı ani təsir edir. Qablaşdırılmış Ani təsir buzu aktivləşdirilən kimi  dərhal təxminən 30 dəqiqə ərzində ani soyuqluq yaradır. TNT kisəsində olan ani təsir buzu TNT-də (hörülməmiş parça) dəri ilə təmas halında kondensasiya törətməyən hermetik bağlı kisədən ibarətdir. İSTİFADƏYƏ DAİR TƏLİMATLAR: Kisəni hər iki əllərinizlə sıxaraq daxildəki su qabarcığını açın və narahatlıq doğuran hissəyə tətbiq edin. GÖSTƏRİŞLƏR: Hematoma, gərilmə, xəsarət, hipertermiya və soyuq tətbiqatın tələb olunduğu hallar.XƏBƏRDARLIQLAR: Yalniz xarici istifadə üçün nəzərdə tutulmuş birdəfəlik istifadə məhsuludur. Kisəni sındırmaq və ya tərkiblərinin axmasına imkan vermək olmaz. İstilik mənbələri və alışqan maddələrdən kənarda, uşaqlar üçün əlçatmayan yerdə saxlayın. Onu otaq temperaturunda istifadə etmək lazımdır. Kisənin tərkibi gərilmə və qıcıqlanma törədir ( təmas olduğu halda 15 dəqiqə ərzində su ilə yuyun) və zərərlidir ( əgər udsanız, dərhal tibbi yardıma müraciət edin). Əgər simptomlar davam edərsə, həkiminzə müraciət edin. ƏKS GÖSTƏRİŞLƏR: Məhsulu körpələr, uşaqlar və yaşlı insanlar, ürək-damar dövran problemləri, şəkərli diabet və / ya dərisi həssas olan insanlar (Raynaud xəstəliyi) üçün istifadə etmək olmaz. TƏRKİBİ: Sidik turşusu, ammonium xlorid və su.