DƏRİNİ DARTAN VƏ BƏRKİDƏN BƏDƏN KREMİ

Krem

Qiyaluron turşusu, şea ağacı toxumlarından alınmış yağ və fruktooliqosaxaridli DƏRİNİ DARTAN VƏ BƏRKİDƏN BƏDƏN KREMİ

DƏRİ BOŞALMASINA QARŞI DƏRİNİ DARTAN +AKTİV 3 MƏRHƏLƏLİ PROQRAM
MƏRHƏLƏ 2: ÇƏKMƏ VƏ BƏRKİTMƏ
Dərini dərindən qidalandırmaqla onun tonu və elastikliyini bərpa etmək üçün ideal olan tünd kremdir. Mürəkkəb qidalandırıcı və bərpaedici aktiv tərkibləri sayəsində yeni yumşaqlıq, ton və kiplik verərək quruluq və susuzluqla mübarizə aparır. Dərinin yaşlanması ilə effektli mübarizə aparır və qol, qarın, omba və  budların daxili hissəsi kimi boşalma riski ən yüksək olan nahiyələr üçün xüsusilə münasibdir.Krem son dərəcə yumşaldıcı və nəmləndirici gücə malik olub, şea  ağacı toxumlarından alınmış yağla zənginləşdirilib, qiyaluron turşusu və təbii yağlar isə dəriyə elastiklik və hamarlıq bəxş edir. Onun zəngin və yumşaq teksturası uzunmüddətli masaj üçün münasibdir. Dermatoloji və Nikel sınağından keçib, Veqanlara uyğundur.Həcmi 250ml. İstifadə qaydası:tam hopana qədər dairəvi masajla, əsasən də, səhər gündəlik qaydada tətbiq edin. Dəri dartmaeffektini artırmaq üçün müalicəni quru bədən yağı və bədən skrabı ilə birgə ən azı 30 gün ərzində davam etdirmək tövsiyə olunur.